64 yaşlı D.Tepoyanın ölümündən bir il ötür. Onun ölümünə səbəb isə Gümrüdə olan döyüş poliqonunda rusiyalı hərbçilərin Gümrüdə qoyub getdikləri sursatın partlaması olub. Aşağı Qanlıca kəndində yerləşən Rusiyanın 60 poliqonunda baş verən insidentin araşdırılması prosesi isə necə deyərlər, havada qalıb. Ailə isə bu insidentə cavab axtarır və növbəti itkilərin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsini tələb edir. Vəziyyətin acılacaqlı olmasının digər bir sübutu isə döyüş poliqonunun hasara alınmamasııdır.
Ararat Gevorqyanın oğlu Muşel və onun dostu da 11 il əvvəl burda həyatını itirib. ərazidə xəbərdarlıq işarəsi isə yalnız D.Tepoyan öldükdən sonra quraşdırılıb.
Ararat Gevorqyan deyir ki, son hadisədən sonra buranın qapalı ərazi olduğunu və mal-qara otarmağın qadağan edildiyini bildirən löhvə vuruldu.
Kənd sakinləri isə mal-qaralarını burda otarmağa davam edirlər. Rusiyalı hərbçilər ətrafda yaşayış məskənlərinin olmasına baxmayaraq, ildə bir neçə dəfə burda hərbi təlimlər keçirirlər. Ərazi isə partlamamış sursatlarla doludur.
Hermine Tepoyan bildirir ki, hadisədən sonra əraziyə xəbərdarlıq lövhəsi vurulub. Biz onlara dedik ki, siz bunu hadisə baş verməmişdən əvvəl edə bilməzdinizmi? Əgər qadağa olunmuş ərazidirsə, ora tamamilə hazırlanmalıdır.
Rusiyalı hərbçilər isə ailəyə məktub göndərərək ölüm hadisəsində heç bir rusiyalı əsgərin günahkar olmadığını bildiriblər. Ermənistan hakimiyyəti isə öz növbəsində hadisəni Rusiyanın hərbi bazasında baş verdiyini təsdiqləyib. Lakin araşdırmağa başlamadıqlarını qeyd edib.
Varditer Tepoyan isə bildirir ki, biz iki məktub yazdıq və məktubları Rusiya tərəfinə verdik. Tezliklə cavab verəcəklərinə söz verdilər. Amma hələ ki, cavab almamışıq. Sonra üçüncü dəfə məktub yazmaq qərarına gəldik. Görək bu dəfə cavab verəcəklərmi?
Əhali Gümrüdə Rusiya hərbi bazasının mövcudluğuna etiraz etsə də, Ermənistan hökuməti hələlik bu bazanın ləğvi ilə bağlı heç bir addım atmır.
Hazırladı: Tahirə AĞAMİRZƏ