01.08.2025, 09:50
AZ EN
10.05.2023, 15:16 391

Azərbaycan Prezidenti erməniləri qorxuya salıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, demək olar ki, hər bir sözü ermənilər tərəfindən təhlil edilərək kütləyə çatdırılır. Cənab İlham Əliyevin Şuşadakı çıxışında müdafiə və təhlükəsizlik məsələləri üzrə dövlət büdcəsində artımlar olunması barədə səsləndirdiyi fikirlər ermənilərin növbəti sarsıntısına səbəb olub.

"Hraparak"ın elə indicə yaydığı "Əliyev hərbi büdcənin artırılması haqqında açıqlama verdi" başlıqlı xəbərdə deyilir ki, Azərbaycan iqtidarı 2023-cü ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik sahəsinə ötən ildəkindən 4,6 faiz çox (3 milyard 129,5 milyon dollar) vəsait ayırıb.

Erməni politoloq S.Qriqoryan deyib ki, bundan əlavə Azərbaycanın ordusuna Prezidentin ehtiyat fondundan da daim vəsait ayrılır ki, bu da ordunun yeni silahlar əldə etməsinə yönləndirilir. Ermənistan isə maliyyə böhranı yaşamaqdadır.

N.Qaramanlı

Oxşar xəbərlər