14.03.2025, 22:20
AZ EN
26.04.2023, 16:19 258

Erməni deputat: “Azərbaycanlılar bizdən daha mədənidir”

XƏBƏRLƏR
  • Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hakop Aslanyan İrəvanda Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edib.

"Yenicag.az"ın verdiyi məlumata görə, bu barədə “Hraparak” nəşri yazıb.

Erməni deputat qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub.

“Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, – deyə siyasətçi bildirib.

Xatırladaq ki, aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilmişdi. Belə ki, səhnəyə çıxan erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırmışdı. O, polis şöbəsinə aparılsa da, bir neçə saatdan sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR