Bu barədə SOCAR Türkiye-nin tvitter hesabında qeyd edilib.
"Son günlərdə bəzi xəbər saytlarında SOCAR Türkiye-nin futbol klubları sponsorluğuna yönəlik çıxan xəbərlər reallığı əks etdirmir. SOCAR Türkiye olaraq sponsorluq strategiyası çərçivəsində hər hansı bir futbol klubuna sponsor olma istiqamətində bir planımız yoxdur. Reallığı əks etdirməyən belə xəbərlərə etibar edilməməsini xahiş edirik", - deyə məlumatda qeyd olunur. ("Trend")