01.02.2026, 18:28
AZ EN
29.01.2026, 00:15 213

Britaniya səfiri: "Azərbaycan futbolunun bu səviyyəyə qalxmasını görmək qürurvericidir"

XƏBƏRLƏR
  • Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"dəki hesabında UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyunu ilə bağlı yazıb.

"Liverpul" - "Qarabağ" oyunu üçün çox həyəcanlıyam! Bu gün "Qarabağ" Çempionlar Liqasında həlledici gündür. Azərbaycan futbolunun bu səviyyəyə çıxmasını görmək qürurvericidir.

"Liverpul" azarkeşləri, əlbəttə ki, gur olacaq, amma mən qonaqlar üçün daha da uca səslə dəstək olacam", - səfir qeyd edib.(Report)

Oxşar xəbərlər