07.06.2025, 22:37
AZ EN
02.04.2025, 19:35 291

Azərbaycan Kuboku: “Qarabağ” yarımfinal mərhələsinin ilk oyununda məğlub olub

XƏBƏRLƏR
  • Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Açılış oyunu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilib.

“Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 28-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos vurub.

Yarımfinalın digər oyununda “Neftçi” bu gün “Sabah”la qarşılaşacaq. “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq. (AZƏRTAC)

Oxşar xəbərlər