01.07.2025, 20:16
AZ EN
09.02.2025, 20:57 207

Azərbaycan karateçiləri Polşada keçirilən Avropa çempionatında 3 medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatında (WKF / idman karatesi) 3 medal qazanıb.

Karate Federasiyasının (AKF) mətbuat xidmətinin məlumatına görə, idmançılar nüfuzlu yarışda bir gümüş, iki bürünc medala sahib olub.

Milli üzvlərindən Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) bürünc medallara yiyələnib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov rəhbərlik edib. (Report)

Oxşar xəbərlər