22.11.2024, 00:54
AZ EN
28.07.2024, 22:53 261

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Avropa çempionu olub

XƏBƏRLƏR
  • Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.

Yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərimizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu. (Report)

Oxşar xəbərlər