Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, turnirdə Gürcüstanın regionları ilə yanaşı Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan 400-dən çox idmançı iştirak edib.
Yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb. (Trend)