Bu gün turnirin ikinci mərhələsi keçiriləcək.
Velosipedçilər bu dəfə Qəbələdən yarışa start verəcəklər. 14 komandanın idmançıları Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.
Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub. (Report)