Bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Qəbələ - Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yarışın keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan gəncləri arasında sağlam həyat tərzini təbliğ etməkdir: "Xankəndinin seçilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ Azərbaycandır!. İdmançılarımızın bu gün burada qaçması həyatımın ən xoşbəxt anlarından biridir. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti sayəsində biz bu gün burada - Xankəndinin mərkəzində yarış keçiririk". (AZƏRTAC)