Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kiloqram) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kiloqram) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.
Xetaq Karsanov (97 kiloqram) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub. (Trend)
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.