İspaniya təmsilçisi "Real"ın turnirin qalibi olması Azərbaycan çempionunun işinə yarayıb.
"Köhlən atlar"la yanaşı Macarıstanın "Ferentsvaroş" kollektivi də bir mərhələdən azad olacaq.
Hər 2 komanda səpələnməmişlər səpətində yer alacaq.
Bu raundun püşkü iyunun 19-da atılacaq. II təsnifat mərhələsinin ilk oyunları 23-24 iyulda, cavab qarşılaşmaları 30-31 iyulda gerçəkləşəcək. (Report)