Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdam klubu Fransada “Nant” komandasının qonağı olub.
"Bojuar" stadionunda oynanılan matç “Nant” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi oyunda “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Ludovik Blas və İqnatius Qanaqo vurublar.
Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə yer alıb. “Nant” 6 xalla üçüncüdür. Qrupa 13 xalla Almaniyanın “Frayburq” klubu başçılıq edir. Yunanıstanın “Olimpiakos” klubu 2 xalla sonuncudur.