Atletlər yarışın beşinci mərhələsinə Qobustanda start veriblər.
“Qürurla irəli” şüarı ilə təşkil edilən marafonun son günündə iştirakçılar 55 km məsafə qət edəcəklər. Yarış Bakıda başa çatacaq.
Fevralın 29-da Xankəndidə start götürən ultramarafon iştirakçıları bunadək Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) mərhələlərini başa vurublar. Yarışda hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, 380 km-dən ibarət olan ultramarafonda ümumilikdə 64 idmançı mübarizəyə başlayıb. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var. İlk dörd mərhələni bu idmançılardan 17-si başa vurub. (Trend)