Ağdam klubundan verilən məlumata görə, XVIII turun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda bu gün Bakıda bir araya gələcək.
Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama görüşü nəzərdə tutulub. “Köhlən atlar” yanvarın 15-də “Zirə” ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkəcək. (Report)