Bu sözləri Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin deyib.
O, ötən il psixoloji cəhətdən çətin dönəmlər keçirdiyini söyləyib: “Hələ də bununla mübarizə aparıram. Nəhayət bu dəfə özümü topladım və yaxşı çıxışla qızıl medal qazandım”.
İdmançı komanda yoldaşı Tofiq Əliyevlə birgə fəxri kürsüdə yer almasına da münasibət bildirib: “Yarışlarda rəqiblərin kim olması ilə maraqlanmıram. Mən özümlə mübarizə aparıram. Diqqətimi cəmləyərək performansımı nümayiş etdirirəm”.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi Dünya Kubokuna bu gün yekun vurulacaq. (AZƏRTAC)