Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub. Belə ki, matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Köhlən atlar”ın derbidəki 120-ci topuna imza atıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.
Qeyd edək ki, “Qarabağ” bu oyunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib. (AZƏRTAC)