08.06.2025, 11:18
AZ EN
16.11.2023, 10:44 376

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib

XƏBƏRLƏR
  • Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

Yerli mediada verilən xəbərə görə, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

Qeyd olunur ki, "Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər