Vətən müharibəsində qazanılan tarixi qələbəyə həsr olunan veloyürüşdə Azərbaycan millisinin, AVF-nin, MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək, təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
İştirakçılar sonda xatirə şəkli çəkdiriblər. (Report)