18.10.2024, 20:27
AZ EN
23.10.2023, 11:38 295

"Qarabağ" ölkə çempionatlarında 600-cü səfər qoluna imza atıb

XƏBƏRLƏR
  • “Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər qoluna imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, yubiley topunun müəllifi Olavio Juninyo olub.

O, Azərbaycan Premyer Liqasının X turunun “Turan Tovuz”la matçında fərqlənib. Ağdam klubu 2:2 hesabı ilə başa çatan qarşılaşmada bu rəqəmi 601-ə də çatdırıb.

“Qarabağ” buna 443-cü səfər oyununda nail olub. Komandanın rəqib meydanlarındakı orta məhsuldarlığı 1,36-ya bərabərdir.

Ağdamlılar ölkə çempionatları tarixində səfərdə 600 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi” daha çox fərqlənib.

Qeyd edək ki, “Qarabağ” ilk səfər qoluna 1992-ci il mayın 9-da imza atıb. “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov fərqlənib. (Report)

Oxşar xəbərlər