Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis daha əvvəl Xosep Qvadiolanın "Barselona"sından faydalandıqlarını xatırladıb: "Bəli, belə dönəm olub. Bəlkə də "Barselona"nın akademiyasından tam məlumatınız yoxdur. Mən Kataloniya təmsilçisinin akademiyasında olmuşam. Özümün də həmişə bu komandaya, onların oyununa çox böyük marağım olub. Qvardiola hazırda İngiltərədə, "Mançester Siti"də çalışır. Mənim üçün təkcə məşqçi yox, klubun, komandanın sistemi önəm kəsb edib".
Qurbanovun İspaniya nəhənginin məşq və oyun proqramları ilə maraqlandığını və daim diqqətində olduğunu vurğulayıb: "Barselona"da elə bir sistem və fəlsəfə qurulub ki, futbola aid nə lazımdırsa, orada var. Sadəcə, hansı məşqçi ondan necə istifadə edəcək və həyata keçirəcək, bu, bir az fərqlidir. Çox istərdim ki, burada da belə sistem qurulsun. Təkcə əsas komandada yox, akademiyada bu gerçəkləşsin. Çünki orada yaxşı futbola aid hər şey var".
Qurban Qurbanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz. (Report)