Təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.
11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.
Qeyd edək ki, bundan əvvəl Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.
Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. (Report)