08.06.2025, 15:35
AZ EN
25.04.2023, 12:48 425

Ülvi Qənizadə ölkəmizə növbəti qızıl medal qazandırdı

XƏBƏRLƏR
  • Zaqrebdə keçirilən Yunan-roma güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan güləşçisi 72 kq çəki dərəcəsində Ülvi Qənizadə Qızıl medal qazanıb.

Avropa çempionu Ülvi Qənizadə İctimai televiziyaya müsahibəsində qeyd edib ki,

Avropa çempionu olmaq üçün çox əziyyətlər çəkmişdim. Şükürlər olsun ki, buna nail oldum, bunun bəhrəsini gördüm. Qarşıda isə dünya çempionatı var, inanıram ki, bu da mənə nəsib olacaq. Boş qalmaq olmaz, hədəflər irəlidədir. İnanıram ki, bu uğurlu nəticələrin ardı gələcək.

İlk təbriki anasından alan idmançımız onu da vurğulayıb ki, mən bu qələbəmi ilk öncə şəhidlərimizə, ikincisi isə atama həsr edirəm, yəni yaxın zamanlarda vəfat edən atamın ruhu şad olsun deyə. Onun ən böyük arzusu mənim uğurlarımı görmək idi.

Mən qələbələrimlə bayrağımızı yüksəkliklərə ucaldaraq Vətənimizin başını hər zaman uca edəcəyəm.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər