08.09.2024, 07:41
AZ EN
25.07.2024, 20:45 222

Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəlib

XƏBƏRLƏR
  • 18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunun son matçında Ermənistanla görüşüb.

Görüş milli komandamızın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq. (APA)

Oxşar xəbərlər