23.12.2024, 06:28
AZ EN
24.11.2022, 13:43 358

Azərbaycan Rusiyadan silah asılılığını azaldıb

XƏBƏRLƏR
  • “Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb”. Bu fikirləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev açıqlamasında bildirib.

Generel-leytenat deyib ki, dronlar düşmənin kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır. Silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İkinci Qarabağ müharibəsində İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) da müvəffəqiyyətlə tətbiq edib: “Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu-“Harop” bu PUA-ların öncüllərindəndir. Xüsusən də, “S-300” raket sistemlərinin  sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunub. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə Müdafiə  sənayesinin istehsalı olan “Bayraktar TB-2”-nin də rolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan silahlı qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən,9K33 OSA və 9K35 Strela) məhv etdi”.

O, daha sonra əlavə edib ki, beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər