21.09.2024, 10:52
AZ EN
11.11.2022, 10:24 386

Azərbaycan Orduya xüsusi qayğı göstərir

XƏBƏRLƏR
  • Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin  təmin edilməsi 2023-cü ilin dövlət büdcəsinin də əsas prioritet xərci olaraq  qalmaqdadır.

Milli Məclisin deputatı Məşhur  Məmmədov Azərbaycan Ordusuna dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını belə ifadə edib:

-Cənab Prezident son çıxışında da Şuşada söylədi ki, Azərbaycan öz ordusuna güvənir və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunması, hər hansı bir müdaxilə olsa,  ordumuz cavab vermək gücünə hazırdır. Bu baxımdan əgər büdcəmizə də baxsaq, Azərbaycan büdcəsi hər il artdığı kimi bu il də 1 milyard artmışdır. Bu artımın içərisində isə Ordunun da payında da müəyyənlik var. Əsas məqsəd Ordumuzun güclənməsi, təchizatının təmin olunması və düşmənə lazım olan cavabı vermək üçün hazır olmasıdır. Bu il büdcəmizdə ordu üçün 5,3 milyard vəsairt ayrılmışdır. Bu da keçən ilkinə nisbətən 17,1 faiz artıqdır. Bu isə Azərbaycan ordusunun həm silahla təchiz olunmasında, həm ordunun vəziyyətinin yaxşılaşdırılmasına, yeni tikililərin tikilməsinə kömək edəcəkdir.  Ümumiyyətlə, Azərbaycan dövlət olaraq  sosial büdcə olmasına baxmayaraq bizim üçün ordunun qurulması, daha da möhkəmlənməsi prioritet məsələ kimi dövlət qarşısında durur. Ali Baş Komandanımız bunu həmişə diqqət mərkəzində saxlayır.

Gələn ilin müdafiə xərclərinin müdafiə qüvvələrinə, milli təhlükəsizlik sahəsinə,  sərhəd xidmətinə, müdafiə və milli təhlükəsizlik sahəsində  tətbiqi tədqiqatların aparılmasına müdafiə və Milli Təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə yönəldilməsi nəzərdə tutulur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər