18.04.2025, 12:39
AZ EN
10.04.2025, 10:42 217

"Xocavənd əməliyyatı”nda iştirak edən hərbçilərin komandiri: Onlar əsir düşməmək üçün özlərini partladıblar

XƏBƏRLƏR
  • "Xocavənd əməliyyatı"nda iştirak edən yeddi hərbçi əsir düşməmək üçün özlərini partladıblar.

Bu sözləri "Xocavənd əməliyyatı"nda iştirak edən hərbçilərin komandiri, "Azərbaycan Bayrağı" ordenli ehtiyatda olan polkovnik Xətai Baxışov deyib.

O bildirib ki, 1997-ci ildə müdafiə nazirindən tapşırıq alandan sonra kəşfiyyatçılar Qarabağa döyüş tapşırığını yerinə yetirməyə göndərilib:

"Onlar tapşırığı yerinə yetirdikdən sonra 3 gün son güllələrinə qədər döyüşüblər, sonra isə əsir düşməmək üçün özlərini partladıbar. Ümummilli Lider Heydər Əliyevin səyi ilə qəhrəmanların nəşləri 6 aydan sonra Ermənistandan alınıb. Onların nəşlərini almaq üçün bir neçə erməni meyiti verilmişdi".

X.Baxışovun sözlərinə görə, əməliyyata dair müəyyən kəşfiyyat məlumatları əldə ediləndən sonra Prezident Heydər Əliyevin fərmanı ilə həmin hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib:

"Digər hərbi qulluqçu Aqil Əhmədov yaralı və huşunu itirmiş halda əsir düşmüşdü. O, 1 il 11 aydan sonra Azərbaycana qaytarıldı". (Report)

Oxşar xəbərlər