10.03.2025, 14:08
AZ EN
10.03.2025, 09:51 203

Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

XƏBƏRLƏR
  • Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Bunu İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Komissiyanın katibi Qəzənfər Əhmədov deyib.

Dövlət Komissiyasının katibi bildirib ki, itkin düşənlərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri isə mülki şəxsdir: “3 983 nəfərdən 285 nəfəri qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1 702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Komissiyada qeydiyyatdadır. Onlardan 419 nəfəri hərbçidir. Göründüyü kimi daha çox mülki şəxslər əsir, girov götürülür”. (APA)

Oxşar xəbərlər