19.10.2024, 10:50
AZ EN
26.09.2024, 12:17 229

Səmayə Əhmədli: Qadın minaaxtaranlarımız işinin öhdəsindən layiqincə gəlir

XƏBƏRLƏR
  • Qadın minaaxtaranlarımız işinin öhdəsindən layiqincə gəlir.

Bunu minatəmizləmə əməliyyatlarında iştirak edən Səmayə Əhmədli deyib.

"Qadın minaaxtaranlarımız işinin öhdəsindən layiqincə gəlir. Hazırda Ağdam rayonu ərazisində döyüş və mina sahələrini təmizləyirik", - deyə, o bildirib.

O vurğulayıb ki, artıq bir ildir minatəmizləmə işlərinə cəlb olunub.

"Azərbaycanın ilk minaaxtaran qadınlarından olduğum üçün qürurluyam. Gördüyüm işlə fəxr edirəm. İlk vaxtlar cəmiyyətimizdə belə fikir formalaşmışdı ki, qadınlar bu işi bacarmaz. Lakin zaman göstərdi ki, qadınlar minatəmizləmə işinin öhdəsindən layiqincə gəlirlər. Bu vaxta qədər tank, piyada əlehinə minalar və partlamamış sursatlar tapmışıq. Hazırda qrup həmin rayonun Nəmirli kəndinin ərazisini minalardan təmizləyir. Ərazilər düşmən tərəfindən kifayət qədər çirkləndirilib. Lakin bu bizim işimizə əngəl deyil”,- deyə, S.Əhmədli qeyd edib.

Qeyd edək ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir.
Qadın minatəmizləmə qrupları ötən ilin sentyabrın 25-də Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində fəaliyyətə başlayıblar. (Trend)

Oxşar xəbərlər