Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.