06.08.2025, 08:09
AZ EN
12.04.2024, 11:32 316

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

XƏBƏRLƏR
  • Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

Oxşar xəbərlər