19.09.2024, 05:13
AZ EN
03.11.2023, 10:38 263

Qubadlıda silah-sursat aşkarlanıb

XƏBƏRLƏR
  • Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxşar xəbərlər