Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.
Böyük ruh yüksəkliyi ilə xidmətini davam etdirən hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim edilib.