Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.
Məsələ ilə bağlı videomüsahibəsində hərbi ekspert Azər Bayramov bildirib ki, hər bir təlimin keçirilməsinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və təcrübənin qazanılmasıdır.
"Azərbaycan inkişaf etmiş ölkələrlə, xüsusilə NATO və alyansa üzv ölkələrlə bir çox sahədə əməkdaşlıq edir. Biz bunu, əsasən, sülhməramlı missiyanın fəaliyyətində müşahidə etmişdik. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki zəfərindən sonra dünyanın aparıcı ölkələri ilə ordumuzun təcrübəsini paylaşılır. Bu müsbət haldır", - deyə ekspert qeyd edib. (Trend)