08.09.2024, 07:35
AZ EN
08.11.2023, 16:20 171

Xankəndidəki hərbi paradda düşmən texnikalarının nömrələrindən hazırlanmış lövhə nümayiş olunub

XƏBƏRLƏR
  • Bu gün Xankəndidə Zəfər Günü münasibətilə keçirilən hərbi paradda düşmənin hərbi texnikalarının üzərindən götürülən nömrələrdən hazırlanmış lövhə nümayiş olunub.

Lövhənin üzərində “ZƏFƏR” sözü yazılıb.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər. (APA)

Oxşar xəbərlər