Ekspert daha sonra əlavə edib ki, biz, burda, dörd aviasiya vasitəsini eyni zamanda havaya qaldırdıq. 250 və 500 kiloqramlıq aviasiya bombalarından atışlar həyata keçirdik. Çox sayda helikopterlər paralel şəkildə döyüş vəzifələrini qrup şəklində eyni vaxtda yerinə yetirirdilər. Təkərli qoşqulu özüyeriyən artilleriya qurğuları vəzifələr icra edirdilər. Mühəndis qoşunları çaylarda su maneələrinin aşılması üçün panton körpüləri açırlar, Biz burda məsələn, İranın heç vaxt ağlına gəlməyən, minalanmış sahələrin uzaq məsafədən partlatma üsulu ilə keçidlərin açılmasını göstəririk. Hədəfləri əvvəlcədən yerdə işarələyib məhv elədik. Sadəcə atışlar təyata keçirmədik. Hədəfləri ərazilərdə nişanlanmış ərazilərə dəqiq zərbələr endirdik, yəni, idarə olunan zərbələri. Bütün bunların sadəcə bir məqsədi var, ortaq məqsədi ki, Şuşa Bəyannaməsi artıq Azərbaycan və Türkiyə arasında yalnız imzalardan ibarət deyil. Bu bəyannamə artıq ərazilərdə yerinə yetirilir. Yəni, istənilən təhdidə qarşı Azərbaycan və Türkiyə birgə fəaliyyətlərə hazırdır. Bu birincisi, ikincisi isə biz bir daha nümayiş etdirdik ki, Azərbaycan təhlükəsizlik məsələsində heç nəyə qənaət etməyəcək. Bəlkə də, başqa məsələlərdə qənaət ola bilər, lakin təhlükəsizlik məsələsində Azərbaycan heç nəyə qənaət etməyəcək. Azərbaycan və Türkiyə orduları qarşılıqlı şəkildə, ortaq vəzifələri istənilən coğrafiyada, günün istənilən vaxtında, fəsildən, iqlimdən, relyfdən asılı olmayaraq tamamilə tam həcmdə yerinə yetirməyə hazırdır. Ə.Verdiyev sonra vurğulayıb ki, Araz üzərindən atılan körpünün də bir rəmzi mənası var. Hesab edirəm ki, İran tərəfi Azərbaycan kimi sülhsevər, hər şeyə şəffaf yanaşan bir qonşu ilə əməkdaşlıq etməkdə maraqlı olmalıdır. Nəinki İslam düşməni olan, İslam dəyərlərinin düşməni olan Ermənistana dəstək verməlidir. Bu dəstək sonunda İranı bugünkü bərbad bir vəziyyətə gətirib. Bu gün İranın bir dənə olsun, yanında İslam dövləti və ya qonşusu yoxdu, Ermənistan xaric olmaqla. Ermənistan da sadəcə, əlli dəfə, belə deyək, partnyor dəyişən Ermənistan bu gün məcburiyyətdən İranın yanındadır. Belə deyək, İran on dəfə hə desin, bir dəfə üzünü yana çevirsə və yaxud da İranda rejim dəyişsə, Ermənistan yenə özünə təzə bir himayədar axtarmağa davam edəcək. Odur ki, İran daxili prosesləri nəzərə almalıdır. Orda, Təbrizdə açdığı konsulluğu məhz bu gün İranı çalxalayır. Qafanda hansısa bir konsulluq açacaqlarmış, nəyi dəyişəcək ki, ? O molla rejiminin açdığı konsulluqların daşını Cənubi Azərbaycanda olan sağlam qüvvələr həmin o molla rejimimim əmmaməsinin üzərinə tökəcəklər. Onda anlayacaqlar səhvlərini. Artıq bu gün İranda geri dönüşü olmayan proseslər baş verir. Azərbaycanın bu təlimləri isə qətiyyən heç bir ölkəyə qarşı yönəlməyib. Amma İrana qarşı da bir mesajdır ki, biz sizin təhdidlərdən qətiyyən narahat deyilik, istədiyiniz dildə, istədiyiniz tonda, istədiyiniz zaman sizinlə danışmağa hazırıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ