ANAMA-dan verilən məlumata görə, iyunun 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 63, tank əleyhinə 242 mina və 552 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 2979.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. (APA)