Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, ən böyük monitorinqlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb:
"Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təəssüf ki, mina partlayışları baş verib". (Report)