07.05.2025, 03:51
AZ EN
23.06.2023, 13:09 409

Xocavənddə ermənilərin tərk etdiyi mövqelərdə silah-sursat aşkarlanıb

XƏBƏRLƏR
  • Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdə erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, polis əməkdaşları 3 avtomat, 1 qumbaraatan, 1 tapança, 882 ədəd müxtəlif çaplı patronlar və digər sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər. (APA)

Oxşar xəbərlər