Bunu Böyük Britaniya parlamentinin üzvü Metyu Offord mayın 26-da Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir.
Deputat bildirib ki, Azərbaycan minatəmizləmə fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib bəndlərdən biri kimi müəyyənləşdirib: “Mina əleyhinə fəaliyyət mütləq milli planlarda nəzərə alınmalıdır. Bu baxımdan bütün dünya Azərbaycanı nümunə kimi qəbul edir”. (Report)