Fuad Hüseynov: “Bu il 1359 ailə Qarabağa köçürüləcək”
XƏBƏRLƏR
2020-ci ildə tarixi zəfərlə nəticələnən Vətən mühabirəsindən sonra nəinki keçmişdə qalan münaqişə, hərbi və siyasi yolla həll olunmuş, ölkəmizin ərazi bütövlüyü ve beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüduduları çərçivəsində dövlət suverenliyi berqərar olunmuş, həmçinin 100 minlərlə soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradılmışdır.
Azərbaycan respublikası işğal altında olan torpaqlarını azad etdikdən sonra, tarixi inkişafını irimiqyaslı yenidənqurma, bərpa işləri ilə səciyyələndirmiş, dayanıqlı sülhə və inkişafa əsaslanan yeni bir mərhələyə qədəm qoymuşdur.