17.06.2025, 02:44
AZ EN
28.11.2024, 16:24 319

İş yoldaşımızın xatirəsi

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi dərin hüznlə bildirir ki, komitənin Tərtər rayon bölməsinin baş məsləhətçisi Möhlət Salman oğlu Nəzərov bu il noyabrın 27-də, 58 yaşında qəflətən vəfat etmişdir.

M.S.Nəzərov 1966-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almış, əmək fəaliyyətinə Ağdam rayonda başlamışdır. 1995-2001-ci illərdə Ağdərə rayonun 107 saylı köçkün məktəbində müəllim, 2001-2018-ci illərdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qızıloba kənd nümayəndəliyində baş məsləhətçi, 2018-ci ildən hazırki dövrədək Dövlət Komitəsinin Tərtər rayon bölməsində baş məsləhətçi vəzifəsində çalışmışdır.

M.Nəzərov özünü intizamlı və məsuliyyətli bir əməkdaş kimi tanıtdırmışdır. Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edirdi. Səmərəli fəaliyyəti Dövlət Komitəsinin rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir.

Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Möhlət Salman oğlu Nəzərovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

SON XƏBƏRLƏR