22.11.2024, 00:21
AZ EN
09.02.2023, 15:27 463

Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kəndinin sakinləri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kənd icması nümayəndələri ilə görüş keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. Bu məqsədlə icrasına başlanılmış Dövlət Proqramının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğunun təmin edilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. 

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Alxaslı kənd sakinləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər. Onlar Laçın rayonunun, Zabux, Sus və digər kəndlərin, həmçinin Alxaslı kəndinin də tezliklə bərpa olunacağına əminliklərini ifadə edərək, hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər. Diqqətə çatdırılıb ki, həm gənc, həm də yaşlı nəsil Alxaslının dirçəldilməsi üçün əlindən gələni etməyə hazırdır. 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.

Oxşar xəbərlər