Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoçarxda Füzuli şəhərinin bugünkü həyatından maraqlı anlar görüntülənir.
Videoçarxın məqsədi bölgəyə qayıdan sakinlərin gündəlik həyatını və uşaqların xoşbəxt anlarını nümayiş etdirərək ictimaiyyətin məlumatlandırılmasıdır.