21.11.2024, 20:48
AZ EN
29.10.2022, 13:10 753

Dövlət Komitəsinin sədri "Şuşa" qəzetinə təbrik ünvanlayıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Şuşa" qəzetinin 90 illik yubileyi münasibəti ilə nəşrin redaktoru, tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deylir:

"Hörmətli Vasif müəllim.

“Şuşa” qəzetinin 90 illik yubileyi münasibətilə Sizi, yaradıcı kollektivinizivə  ümumən, Şuşa ziyalılarını səmimi-qəlbdən təbrik edirəm!

Ulu Öndər Heydər Əliyevin Azərbaycan torpaqlarının sahiblərinin tikdiyi şəhər-qala, tarixi abidə adlandırdığı, hələ sovet dövründə inkişafına xüsusi qayğı göstərdiyi, möhtərəm  Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 28 illik işğaldan azad etdiyi, indi sürətlə yenidən qurulan və abadlaşdırılan, hamımız üçün əziz olan Şuşanın keçmişini və bu gününü peşəkarlıqla işıqlandıran, mədəni-mənəvi irsimizi zənginləşdirilməsində və geniş təbiliğində özünməxsus yer tutan, böyük maarifçilik işi aparan qəzetiniz milli mətbuatımızın layiqli nümunələrindəndir.

Bu dəyərli nəşrin yubileyinin Şuşa İlində, qədim və möhtəşəm şəhərimizin 270 illik yubileyi ilə eyni dövrdə keçirilməsi də əlamətdardır. Ötən il dövlətimizin başçısının Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəni paytaxtı elan edilməsi onun əvvəlki şöhrətinin özünə qaytarılması, ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün mühüm zəmin yaradıb.

Möhtərəm Prezident cənab İlham Əliyevlə birlikdə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əziz Şuşaya və uzun illərdir yurd həsrəti ilə yaşayan, hazırda isə doğma şəhərə qayıtmaq ərəfəsində olan şuşalılara həssas və qayğıkeş münasibəti onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun şəhərin mədəni irsinin bərpasındakı dəyərli fəaliyyətində özünü bir daha aydın şəkildə göstərir. 

Şuşanın tezliklə dolğunlaşacaq ictimai-siyasi, mədəni həyatının işıqlandırılmasında, şəhərin vüsətli inkişafı ilə bağlı qarşııya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində böyük mətbu təcrübəsi olan “Şuşa” qəzetinin də fəal iştirak edəcəyinə inanırıq.

Sizi bir daha təbrik edir, Sizə və əməkdaşlarınızıa möhkəm cansağlığı, uzun ömür, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıram!"

Oxşar xəbərlər