Komitənin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağını və qanunvericiliyə uyğun həll ediləcəyini bildirib.
Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini xüsusi diqqətlə izlədiyi və onun tapşırıqları əsasında müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Komitə sədri çıxışı zamanı deyib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir.
Görüşə gələn vətəndaşların müraciətləri əsasən “Böyük Qayıdış” proqramı çərçivəsində köçürülmə prinsipləri, sorğularda iştirak qaydaları, məşğulluq imkanları, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı məsələlər, məcburi köçkün statusu, vahid aylıq müavinət və digər sosialyönümlü məsələləri əhatə edib.(AZERTAC)