Dövlət Komitəsinin əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
XƏBƏRLƏR
20 Yanvar– Ümumxalq Hüzn Günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli azadlıq mübarizəsində canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək, onların xatirəsi yad edilib. Anım mərasimində komitə tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.