21.11.2024, 23:23
AZ EN
20.07.2022, 17:00 484

Məcburi köçkün qadınlarla bağlı məsələlərə həsr olunmuş dəyirmi masa keçirilib

XƏBƏRLƏR
  • BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Məcburi köçkün qadınların statutusu ilə bağlı prosedurlar, üzləşdikləri çətinliklər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Dövlət Komitəsinin, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), “De Lege” təşkilatının, “Regional inkişaf” ictimai birliyinin və digər partnyor qurumların əməkdaşları iştirak ediblər.

Dəyirmi masada məcburi köçkün qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdış və dayanıqlı məskunlaşma prosesində fəal iştirakı, bu məsələlərin hüquqi tərəflərinin dəyərləndirilməsi ətraflı müzakirə olunub.

Dövlət Komitəsinin məsul əməkdaşları müzakirəyə çıxarılan məsələlər barədə tədbir iştirakçılarına məlumat veriblər. Sonra geniş fikir mübadiləsi aparılıb və qaldırılan məsələlərin həlli yollarına dair təkliflər səsləndirilib.

Oxşar xəbərlər