Bunu Qaçqınların və Məcburi Köçkünləri İşləri ürə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov İT-xəbərə açıqlamasında bildirib. O, qeyd edib ki, ötən il bir çox əlamətdar hadisələrlə yadda qalıb ki, onlardan biri də Ağalı kəndinə köçün başlamasıdır. Artıq 66 ailə kənddə daimi məskunlaşıb: “44 günlük Vətən müharibəsindən sonra ilk kəndin Zəngilan rayonunun ərazisində “Ağıllı kənd” konsepsiyası çərçivəsində salınan Ağalı kəndinə ilk sakinlərin qayıdışı və yenə də ən müasir standartlara cavab verən tərzdə yeni müasir bir kənd salınmış, artıq 66 ailə, 326 nəfər keçmiş məcburi köçkün soydaşımız daimi məskunlaşmışdır və bu ilkin mərhələdi. 2023-cü il ərzində isə əlavə olaraq 113 ailənin Ağalı kəndinə qayıdışı və məskunlaşdırılması nəzərdə tutulur”-, deyə Fuad Hüseynov bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ